Главная > Baş Xəbər > Sülh əmsalı: Azərbaycan 163 ölkə arasında 132-cidir

Sülh əmsalı: Azərbaycan 163 ölkə arasında 132-cidir


6-06-2018, 16:39.

               Sülh əmsalı: Azərbaycan 163 ölkə arasında 132-cidir

 

Mərkəzi qərargahı Londonda yerləşən İqtisadiyyat və Sülh İnstitutu 2018-ci il üzrə Qlobal Sülh İndeksini açıqlayıb.

Novator.az bildirir ki, indeks ölkələrin daxili və dünyaya bağlı müxtəlif göstəricilərinin ümumiləşdirilməsi, həmçinin zorakılıqdan ziyan çəkmə dərəcəsinə əsaslanır.

Reytinqə əsasən, ən dinc ölkələr İslandiya, Yeni Zelandiya və Avstriyadır.

İlk onluqda Portuqaliya, Danimarka, Kanada, Çexiya, Sinqapur, Yaponiya və İrlandiya da yer alır.

Azərbaycan 163 ölkə arasında 132-ci yerdə qərarlaşır.

Gürcüstan siyahıda 102-ci, Ermənistan 120-ci, İran 131-ci, Türkiyə 149-cu, Rusiya 154-cüdür.

Reytinqin son üç pilləsində Cənubi Sudan, Əfqanıstan və Suriya gəlir.

 


Вернуться назад