Главная > Baş Xəbər > "Boeing" şirkəti İrana təyyarə satışından imtina edib

"Boeing" şirkəti İrana təyyarə satışından imtina edib


7-06-2018, 08:02.

               "Boeing" şirkəti İrana təyyarə satışından imtina edib

 

"Boeing" korporasiyası sanksiyalar səbəbindən İrana təyyarə satışından imtina edib.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Agence France-Presse"ə (AFP) açıqlamasında "Boeing"in rəsmi nümayəndəsi bildirib.

"Hələ ki, biz İrana təyyarə göndərməmişik. Artıq İranla ticarətə dair lisenziyanın olmaması səbəbindən biz təyyarələri göndərməyəcəyik", - rəsmi nümayəndə deyib.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyaların ləğvindən sonra "Boeing" "Iran Air" və "Iran Aseman Airlines" aviaşirkətləri ilə dəyəri 20 mlrd dollaradək olan sazişlər imzalamışdı.

 


Вернуться назад