Главная > Baş Xəbər > Ay Yerdən uzaqlaşır – Alimlərdən həyəcan doğuran açıqlama

Ay Yerdən uzaqlaşır – Alimlərdən həyəcan doğuran açıqlama


7-06-2018, 11:48.

                Ay Yerdən uzaqlaşır –Alimlərdən həyəcan doğuran açıqlama

Alimlər ildən-ilə Yerdə günün daha da uzandığı bildiriblər.

Buna Ayın hər il Yerdən 3,82 sm uzaqlaşması səbəb olur.

Professor Stiven Mayers nəzəriyyənin mahiyyətini belə izah edib:

"Ay bizdən uzaqlaşdıqca Yer daha yavaş fırlanmağa və gün uzanmağa başlayır. Bu nəticəyə gəlmək üçün alimlər Günəş sisteminin astroxronologiya adlı statistik metodundan istifadə ediblər. Bazis kimi astronomik və geoloji müşahidələr götürülüb”.

Ekspertlərin sözlərinə görə, bütün kosmik obyektlərin cazibə sahəsi var. Bu cazibə isə iqlimə və eləcə də qonşu obyektlərə təsir edir. İqlimlə əlaqəli təsirlər 90 milyon il əvvələ aid suxurların analizi ilə müəyyən edilib.

Mütəxəssislər 1,4 milyard il əvvəl Yerdə sutkanın cəmi 18 saat davam etdiyini aydınlaşdırıblar./ teleqraf.com

 


Вернуться назад