Главная > Baş Xəbər > Vladimir Putin: "ABŞ, əslində, öz tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib"

Vladimir Putin: "ABŞ, əslində, öz tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib"


7-06-2018, 16:10.

                Vladimir Putin: "ABŞ, əslində, öz tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib"

 

"ABŞ, əslində, elə öz tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "canlı yayımda" ABŞ-ın başladığı "ticarət müharibəsi"nə münasibət bildirərkən deyib.

"Tərəfdaşlarımız sanksiyalarla üzləşə biləcəyini düşünmürdü. Amma ABŞ-ın polad və alüminiuma rüsum tətbiq etməsi elə sanksiya deməkdir", - V.Putin bildirib.

O, istehza ilə əlavə edib: "Onlar da Krımı anneksiya ediblər? Yox, bu, ABŞ-ın praqmatik milli maraqları ilə bağlıdır".

Rusiya prezidenti danışıqlar masasına əyləşərək vahid qaydalar işləyib hazırlanmasına ehtiyac olduğunu söyləyib.

 


Вернуться назад