Главная > Araşdırma > Əfqanıstanda son 9 ildə 23 min dinc sakin öldürülüb

Əfqanıstanda son 9 ildə 23 min dinc sakin öldürülüb


7-06-2018, 16:30.

                Əfqanıstanda son 9 ildə 23 min dinc sakin öldürülüb

 

Əfqanıstanda son 9 ildə döyüşlər və terror aktları nəticəsində 23 130 dinc sakin öldürülüb, 40 974 dinc sakin yaralanıb.

"Report” "CA-NEWS” istinadən xəbər verir ki, ölənlərin 18 faizi uşaqlardır.

Bildirilib ki, ölənlərin 52 faiz kişi, 7 faizi qadınlar olub. Həlak olanların 22 faizinin isə meyitləri tanınmaz halda olub.

Dinc sakinlərin ölümünə səbəb olan terror aktlarının 69 faizinin məsuliyyətini silahlı qruplaşmalar öz üzərlərinə götürüblər.

Münaqişə nəticəsində son 9 ildə bir milyondan çox insan daimi yaşayış yerini dəyişib.

 


Вернуться назад