Главная > Mövqe > Neftçala Uşaq İncəsənət və Musiqi Məktəbində qalmaqal-ŞİKAYƏT

Neftçala Uşaq İncəsənət və Musiqi Məktəbində qalmaqal-ŞİKAYƏT


12-02-2016, 00:16.

20130805071929!Neftçala_giriş

Xəqani Quliyev: «İlram Rəhimli adı olub, özü olmayan müəllimələrə çox dərs saatı yazmaqla onların pullarını özünə götürür»

Neftçala sakini Xəqani Quliyev rayonda fəaliyyət göstərən Uşaq İncəsənət və Musiqi Məktəbinin direktorundan Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə şikayət edib.Göndərdiyi müraciətində rayon sakini qeyd edib ki, İlram Rəhimli sözügedən təhsil ocağını şəxsi idarəsi kimi işlədir.

Xəqani Quliyev bildirir ki, Şamaxı rayonundakı məktəbdən qovulmuş İlram Rəhimli bir sıra işlərə qol qoyub. Onun sözlərinə görə, direktor vəzifə başına keçən gündən etibarən ayrılmış dərs saatlarını «oğurlayaraq», həmin dərsləri adı məktəbdə olan, lakin özləri Bakı və ölkənin müxtəlif yerlərində yaşayan şəxslərə verib. «Məsələn, müəllim var, lakin şagird yoxdursa, ona 30-36 saat dərs verilib. Lakin mütəmadi dəps keçən və şagirdi olan müəllimlərə isə 9-10 saat dərs yükü ayrılıb. Adı olub, lakin dərs keçməyən müəllimlərə ayrılmış dərslərdə 1 nəfər belə şagird olmur».

Neftçala sakini onu da iddia edir ki, bu dərslərin pullarını direktor özünə götürür. «Mən iki dəfə direktora xəbərdarlıq etmişəm. Bu şəxs heç kimi saymır və dinləmək istəmir. Bəzən isə «bir daha belə şeylər olmayacaq» kimi ifadələr işlətsə də, yenidən öz işinə davam edir».

Xəqani Quliyev müraciətinin sonunda nazirdən xahiş edib ki, Neftçala Uşaq İncəsənət və Musiqi Məktəbində yoxlama aparılmasını təmin etsin. Eyni zamanda, direktor İlram Rəhimlinin əməllərinə hüquqi qiymət verilməsini istəyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.(NİA.AZ)



Вернуться назад