Главная > Kriminal > Azərbaycanda silahlı insidentdə şübhəli bilinənən kriminal avtoritet tutulub

Azərbaycanda silahlı insidentdə şübhəli bilinənən kriminal avtoritet tutulub


9-06-2018, 13:45.

             Azərbaycanda silahlı insidentdə şübhəli bilinənən kriminal avtoritet tutulub

 

Cəlilabad rayonunda iki gün əvvəl baş vermiş silahlı insident iştirakçıları saxlanılıb.

"Report”un Aran bürosu xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə "Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənov və qarşı tərəfdən isə İlqar Həsənov saxlanılıb. Şahin Həsənovun evinə baxış keçirilən zaman xeyli sayda silah-sursat maddi sübut kimi götürülərək istintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, silahlı insident iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş vermişdi.

 


Вернуться назад