Главная > Mövqe > Donald Tramp Kim Çen Inla sammitin əvvəlində təkbətək görüşmək niyyətindədir

Donald Tramp Kim Çen Inla sammitin əvvəlində təkbətək görüşmək niyyətindədir


10-06-2018, 11:51.

              Donald Tramp Kim Çen Inla sammitin əvvəlində təkbətək görüşmək niyyətindədir

 

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla sammitin əvvəlində qısa təkbətək görüş keçirmək niyyətindədir. APA-nın xəbərinə görə, bu barədə "Blumberq” Trampın ətrafındakı mənbəyə istinadən məlumat yayıb.

D.Tramp bundan əvvəl KXDR liderinin nüvəsizləşdirilmə ilə bağlı ciddi niyyətinin olub-olmamasını görüşün ilk dəqiqəsində müəyyən edəcəyini bildirmişdi.

Qeyd edək Donald Tramp-Kim Çen In görüşünün iyunun 12-də Sinqapurda keçiriləcəyi gözlənilir.

 


Вернуться назад