Главная > Region > Masallı rayonunun Sirəbil kənd sakinləri əkin sahələrinin itirilməsindən şikayətlənir - VİDEO

Masallı rayonunun Sirəbil kənd sakinləri əkin sahələrinin itirilməsindən şikayətlənir - VİDEO


10-06-2018, 11:16.

          Masallı rayonunun Sirəbil kənd sakinləri əkin sahələrinin itirilməsindən şikayətlənir - VİDEO

 

Masallı rayonu Sirəbil kənd əhalisi rayon icra hakimiyyətinin fəaliyyətindən nazazıçılıq edir.

SalamNews xəbər verir ki, bu barədə İnterAz-a Sirəbil kənd sakinləri məlumat verib.

Narazıçılığa səbəb icra başçısı Rafil Hüseynovun kənd ərazisində yerləşən boş torpaq sahələrinin təyinatını dəyişdirtdirib öz istəyinə uyğun istifadə etməsidir. Ölkə başçısının boş torpaqların əkilməsi ilə bağılı fikirindən sui istifadə edilir.

Kənd camaatı bildirir ki, illərdir bu torpaqlardan maldarlıqla, ət, yun, yağ, süd istehsal edilərək dolanılır və hökumətdən bu vaxta qədər heç bir şey imtiyaz istənilməyib. Artıq vəziyyət o həddə çatıb ki, kənd caamatına bildiriblər ki, çörək yeri olan örüş sahələri onların əlindən alınacaq.

İyun ayının 6-da kəndə hüquq mühafizə orqanları ilə əraziyə gələn icra başçısı hədə qorxu edərək kənddə yeni tikilən qanunsuz evlərin sökəcəyini, torpaqların əkilməyəcəyi təqdirdə onların əlindən alınacağını bildirib. Hətta etiraz edənləri həbs olunacaqlarını da bildirib.

 

 


Вернуться назад