Главная > Mədəniyyət > Azərbaycanlı kaskadyor prezident qızının filmində...

Azərbaycanlı kaskadyor prezident qızının filmində...


10-06-2018, 12:58.

                 Azərbaycanlı kaskadyor prezident qızının filmində...

 

Azərbaycanlı kaskadyor Fərhad Fərmanlı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayevanın filminə dəvət alıb.
Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, tarixi mövzuda çəkilən "Tomiris” filminin çəkilişləri bu ilin sonunda başa çatacaq.
"Bu yaxınlarda Qazaxıstana gedirəm. Bir neçə səhnədə çəkiləcəm. Filmin prodüsseri Qazaxıstan prezidentin kiçik qızı Aliyə Nazarbayevadır. Tarixi mövzuda çox uğurlu bir filmin alınacağına inanıram. Və ona da inanıram ki, oynadığım səhnəylə Los-Ancelesdəki Dünya Kaskadyorlar Akademiyasının mükafatını da alacam”, - deyə Fərhad Fərmanlı bildirib.


Вернуться назад