Главная > GÜNDƏM > Ərdoğandan Avropaya xəbərdarlıq: Savaş...

Ərdoğandan Avropaya xəbərdarlıq: Savaş...


10-06-2018, 14:19.

           Ərdoğandan Avropaya xəbərdarlıq: Savaş...

 

Avstriyada məscidlərin bağladılması qərarı yeni bir xaç-hilal savaşına doğru aparır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Onlar indi də məscidlərimizi Avstriyada bağlama hesabları, planları aparırlar. Bunun axırı nəyə doğru gedir? Qorxuram ki, bu yeni bir xaç-hilal savaşına səbəb olacaq. Bu Avstriya Baş nazirinin atdığı addımlar dünyanı bu istiqamətdə aparır. Buna görə, xüsusən Qərb dünyası bu insanlara yol göstərməlidir. Əgər bunlar yol göstərməsələr, bu hesablar fərqli bir şəkildə həyata keçiriləcək. Oradakı din adamlarımızı Avstriyanın xaricinə atacaqlarmış. Siz bunu edəcəksiniz, biz isə bu zaman boş dayanacağıq?”, Ərdoğan bildirib.

 


Вернуться назад