Главная > Dünya > Makedoniyanın yeni adı məlum olub

Makedoniyanın yeni adı məlum olub


13-06-2018, 00:29.

                   Makedoniyanın yeni adı məlum olub

 

Makedoniya Şimali Makedoniya Respublikası adlandırılacaq. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ötən gün mətbuat konfransında ölkənin baş naziri Zoran Zayev bildirib.

 

Qeyd edək ki, ötən gün Zoran Zayev və onun yunanıstanlı həmkarı Aleksis Tsipras arasında telefon danışığı olub. Tərəflər Skopyenin Aİ və NATO üzvlüyünə yol açacaq Makedoniyanın konstitusion adına dair razılığa nail olublar

 

Zoran Zayev həmçinin əlavə edib ki, saziş Yunanıstan və Makedoniya hökumətləri tərəfindən imzalanmalı, daha sonra isə parlamentdə ratifikasiya edilməlidir. Z.Zayev ölkə konstitusiyasında düzəliş edilməsinin və payızda referendum keçirilməsinin lazım gələcəyini bildirib.

 

Qeyd edək ki, adla bağlı iki ölkə arasında 25 ildir davam edən mübahisə Makedoniyanın NATO və Aİ-yə üzv qəbul edilməsinə mane olurdu. Afina qonşu ölkənin adının Yunanıstanın Makedoniya vilayəti ilə dəyişik salınmaması üçün ölkənin adının dəyişdirilməsini tələb edir.

 


Вернуться назад