Главная > Kriminal > Parisdə girov götürülmüş insanlar azad edilib

Parisdə girov götürülmüş insanlar azad edilib


13-06-2018, 02:45.

             Parisdə girov götürülmüş insanlar azad edilib

 

Fransanın paytaxtı Parisdə silahlı şəxs tərəfindən girov götürülmüş insanlar azad edilib.

Trend-in məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Jerar Kollon öz Twitter səhifəsində yazıb.

J.Kollon bildirib: "Silahlı şəxs saxlanılıb və girovlar azad edilib. Polis və xilasetmə xidmətlərinin sürət və peşəkarlığını alqışlayıram".

Qeyd edək ki, daha əvvəl bildirilirdi ki, Parisdə naməlum silahlı bir neçə nəfəri binada girov saxlayır.

 


Вернуться назад