Главная > Mövqe > İrəvanı heç Tereza ana da xilas edə bilməz – İsgəndəryan

İrəvanı heç Tereza ana da xilas edə bilməz – İsgəndəryan


13-06-2018, 00:08.

                         İrəvanı heç Tereza ana da xilas edə bilməz – İsgəndəryan

 

Qarabağ separatçılarının konfliktin həlli ilə bağlı danışıqlarda tərəf kimi iştirakı məsələsi Ermənistanda seçki ərəfəsində daxili auditoriyaya yönəlmiş ritorikadır.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan deyib.

"Hesab etmirəm ki, Qarabağın masa ətrafına qayıtması ilə bağlı hər hansı perspektiv var. Valsı tək oynamırlar və Azərbaycanın elə bir əsası yoxdur ki, Qarabağ danışıqlar masasına qayıtsın.

Rusiyada prezidentə tövsiyələr verən analitik mərkəzlərin dəli olduğunu düşünmürəm. Ermənistan Rusiya, Gürcüstan, İran, Avropa ölkələrindən asılılıqdan xilas ola bilməz. Bir anlıq təsəvvür edin ki, Ermənistanda bəzi dəyişikliklər səbəbindən bu ölkənin Rusiyadan asılılığı azalır. Paşinyanın yerinə Konfutsti, Şopenhauer, Tereza ana, yaxud onların hamısı birgə gəlsə belə, Ermənistanı Rusiya asılılığından xilas edə bilməz”, - deyə ekspert bildirib.

 


Вернуться назад