Главная > GÜNDƏM > Sanksiyalar dayandırıldı, Tramp Pxenyana gedəcək – Tarixi qərarlar

Sanksiyalar dayandırıldı, Tramp Pxenyana gedəcək – Tarixi qərarlar


12-06-2018, 22:44.

              Sanksiyalar dayandırıldı, Tramp Pxenyana gedəcək –Tarixi qərarlar

  ABŞ Prezidenti Donald Tramp uyğun vaxtda Pxenyana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Tramp Sinqapur sammitinin yekunlarına dair mətbuat konfransında söyləyib.

O, Kim Çen İnin də Ağ Evə dəvət olunduğunu və səfərin qəbul edildiyini açıqlayıb.

Bundan əlavə, Donald Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların tətbiqini dayandırıb. O, sanksiyaların qarşı tərəfə hörmətsizlik olacağını söyləyib.

Qeyd edək ki, iyunun 12-i ABŞ və Şimali Koreya liderləri arasında Sinqapurda sammit keçirilib.

 


Вернуться назад