Главная > Baş Xəbər > Kim Çen In ABŞ-a səfər edəcək

Kim Çen In ABŞ-a səfər edəcək


13-06-2018, 08:40.

              Kim Çen In ABŞ-a səfər edəcək

 

Kim Çen In Donald Trampın ABŞ-a gəlmək dəvətini qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verir.

Məlumatda deyilir: "Kim Çen In Trampı münasib vaxtda Pxenyana səfər etməyi təklif edib, Tramp isə Kim Çen Inı ABŞ-a dəvət edib. Hər iki lider bir-birini dəvətini məmnuniyyətlə qəbul ediblər".

Qeyd edək ki, iyunun 12-si Sinqapurun Sentosa adasında yerləşən "Kapella" otelində ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

Donald Tramp görüşün yekunları üzrə bildirib ki, Şimali Koreya ilə "ətraflı" sənəd imzalayıb və vurğulayıb ki, Koreya yarımadasının denuklarizasiya preosesi "tez bir zamanda" başlayacaq. Kim Çen In öz növbəsində imzalanan sənədi iki ölkə arasındakı münasibətlər üçün "yeni başlanğıc" adlandırıb və gələcəkdə "böyük dəyişikliklər" vəd edib.

 


Вернуться назад