Главная > Ümumi > Ərəb koalisiyası qoşunları Yəmənin Hodeyda şəhərində bir neçə rayonu husilərdən geri alıb

Ərəb koalisiyası qoşunları Yəmənin Hodeyda şəhərində bir neçə rayonu husilərdən geri alıb


13-06-2018, 12:06.

       Ərəb koalisiyası qoşunları Yəmənin Hodeyda şəhərində bir neçə rayonu husilərdən geri alıb

 

Yəmən Prezidenti Abd Rabbu Mənsur Hadinin tərəfində olan qoşunlar bu gün səhər Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının aviasiyasının dəstəyi ilə başlanılan hücumda Qırmızı dəniz sahilində yerləşən Hodeyda liman şəhərində ilk rayonlara nəzarəti husilərdən geri alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı hökumət ordusunun bəyanatına əsasən məlumat yayıb.

Məlumata görə, Hadinin qoşunları havadan intensiv bombardman nəticəsində Hodeydanın cənubundakı ən-Nahil rayonuna nəzarəti ələ keçirib. Hava hücumları zamanı yerli hərbi gəmilərin dislokasiyasına da zərbələr endirilib.

 


Вернуться назад