Главная > Hadisə > Neftçala sakini Sumqayıtda qətlə yetirilib

Neftçala sakini Sumqayıtda qətlə yetirilib


13-06-2018, 15:59.

                  Neftçala sakini Sumqayıtda qətlə yetirilib

 

Sumqayıtda Neftçala rayon sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 8-də saat 8 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllənin ərazisindəki parkda Neftçala rayon sakini Emil Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Abbasov saxlanılıb.

Faktla bağlı istintaq tədbirləri həyat keçirilir.

 


Вернуться назад