Главная > Ümumi > İranda 4,7 bal gücündə zəlzələ olub

İranda 4,7 bal gücündə zəlzələ olub


13-06-2018, 23:36.

                 İranda 4,7 bal gücündə zəlzələ olub

 

İranın cənub-şərq bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yerli vaxtla saat 21:17-də qeydə alınan yeraltı təkanların episentri Kirman şəhərindən 149 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 


Вернуться назад