Главная > Ölkə > Sürücülərin NƏZƏRİNƏ: bu prospektdə hərəkət məhdudlaşdırılır

Sürücülərin NƏZƏRİNƏ: bu prospektdə hərəkət məhdudlaşdırılır


14-06-2018, 12:07.

            Sürücülərin NƏZƏRİNƏ: bu prospektdə hərəkət məhdudlaşdırılır

 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarına qədər Bakının Azadlıq meydanında - Neftçilər prospektində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, bu məqsədlə sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 


Вернуться назад