Главная > Problem > Azərbaycanda 4 ay ərzində minlərlə ailə dağılıb(RƏSMİ)

Azərbaycanda 4 ay ərzində minlərlə ailə dağılıb(RƏSMİ)


14-06-2018, 12:41.

               Azərbaycanda 4 ay ərzində minlərlə ailə dağılıb (RƏSMİ)

2018-ci ilin dörd ayı ərzində ölkədə 4868 boşanma halları qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 4896 təşkil edib.

 

Uluyol.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumatda qeyd edilib ki, bu ilin yanvar-aprel aylarında ölkədə 20406 ölüm halı olub.

 

2017-ci ildə bu rəqəm 20684 olub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,5-dən 6,3-ə qədər azalıb.

 

Bu ilin dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17715 nikah və 4868 boşanma halları qeydə alınıb.

 


Вернуться назад