Главная > Islam > İlahiyyatçı bu il üçün Ramazan fitrəsinin məbləğini açıqladı

İlahiyyatçı bu il üçün Ramazan fitrəsinin məbləğini açıqladı


14-06-2018, 10:16.

              İlahiyyatçı bu il üçün Ramazan fitrəsinin məbləğini açıqladı

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub:"Həqiqətən,oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”.

İlahiyyatçı alim hacı Əhliman Rüstəmov bildirib ki,hər bir oruc tutan müsəlman ən çox istifadə etdiyi qida məhsulunun 3 kq çəkisi dəyərində fitrə çıxarmalıdır:"Biz ən çox çörək yeyirik. Ona görə də, un, buğda, düyü və bu kimi ərzaq məhsullarının 3 kq misli dəyərində fitrə verilməlidir. Ümumilikdə hər adam 2 manat civarında fitrə çıxarmalıdır. Maddi durumu zəif olanlar arpa məhsulunun 3 kq misli dəyərində fitrə verə bilərlər.Əgər bir insanın gündəlik tələbatını ödəmək imkanı varsa mütləq fitrə çıxarmalıdır. Dolanışığında çətinlik olan, gündəlik qida tələbatını ödəyə bilməyən müsəlmana isə fitrə vermək vacib buyurulmur.”

İlahiyyatçının sözlərinə görə, hər bir oruc tutan şəxs ay göründükdən sonra gecikmədən fitrə çıxarmalıdır. Lakin ay görünmədən, bayramın daxil olmağı bilinmədən fitrə vermək düzgün hesab edilmir.

 

(ehlibeyt.info)
Вернуться назад