Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun anım günüdür
İyunun 14-ü Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun
torpağa tapşırıldığı gündür
Xatırladaq ki, Şikar Şikarov 1953-cü il dekabr ayının 3-də
Bakı şəhərində anadan olmuşdur.
1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il
SSRİ Müdafiə Nazirliyinun Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil
olmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk vilayətindəki
hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır.
1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasına daxil
olmuş, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın
Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin
edilmişdir.
1990-cı il 20 yanvar hadisələrindən sonra Vətənə qayıtmışdır. Əvvəl Mülki
Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin
edilmişdir. 1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik
etmiş, uğurlu əməliyyatlar keçirmişdir.
1992-ci il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına
həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı
ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra "Azərbaycanın
Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qobustan rayonundakı Sündü
kənd orta məktəbi onun adını daşıyır (əslən həmin kənddəndir).
Вернуться назад
|