Главная > Mövqe > Sara Sanders istefa xəbərlərini təkzib edib

Sara Sanders istefa xəbərlərini təkzib edib


14-06-2018, 09:28.

                Sara Sanders istefa xəbərlərini təkzib edib

 

Ağ Evin mətbuat katibi Sara Sanders və onun müavini Rac Şah istefaya getmək niyyətindədirlər.

APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.

S.Sandersin 2018-ci ilin sonunda postunu tərk edəcəyi bildirilir. R.Şah isə istefasının dəqiq vaxtını hələ ki, müəyyənləşdirməyib. Çoxsaylı sorğulara baxmayaraq Ağ Evin adıçəkilən rəsmiləri məlumatla bağlı şərh verməyiblər.

Qeyd edək ki, Sara Sanders 2017-ci ilin iyulunda Ağ Evin mətbuat katibi vəzifəsinə təyin edilib.

***Ağ Evin mətbuat katibi Sara Sanders vəzifəsindən getməyəcəyini bəyan edib.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin sözçüsü özünün "Twitter” hesabında yazıb. "Mən işimi sevirəm və prezident Trampla işləmək imkanına malik olmağımdan böyük şərəf hissi duyuram”, S.Sanders yazıb.

 


Вернуться назад