Главная > GÜNDƏM > Türkiyədə terrorçular hərbi hissəyə raket atıb - 1 şəhid var

Türkiyədə terrorçular hərbi hissəyə raket atıb - 1 şəhid var


14-06-2018, 15:43.

               Türkiyədə terrorçular hərbi hissəyə raket atıb -1 şəhid var

 

 Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda PKK terrorçularının hücumu nəticəsində 1 hərbçi şəhid olub, 4-ü yaralanıb.

"Report” "Ulusal”a istinadən xəbər verir ki, məlumatı Çukurca valiliyi yayıb.

Bildirilib ki, Zengil Tepedə yerləşən hərbi hisssəyə terrorçular idarə edilən raketlə hücum ediblər.

Terrorçuların zərərsizləşdirlməsi üçün ərazidə havadan dəstəklə əməliyyat keçirilir.

 


Вернуться назад