Главная > Ölkə > Nazir müğənni Kərimin videosuna görə 2 polis zabitini cəzalandırdı: biri işdən qovuldu (VİDEO)

Nazir müğənni Kərimin videosuna görə 2 polis zabitini cəzalandırdı: biri işdən qovuldu (VİDEO)


14-06-2018, 15:55.

          Nazir müğənni Kərimin videosuna görə 2 polis zabitini cəzalandırdı:biri işdən qovuldu (VİDEO)

Tanınmış müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı Daxili İşlər Nazirliyinin başlatdığı xidməti araşdırma başa çatıb.

 

Uluyol.az-ın Lent.az-a istinadən məlumatına görə, daxili işlər naziriRamil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində bölmə rəisi, polis polkovnikiEtibar Balakişiyevvə kadrlarda görünən sahə müvəkkili, polis mayoruOruc Mirzəyevbarəsində aparılan xidməti araşdırma nəticəsində hər iki zabit cəzalandırılıb. Belə ki, sahə müvəkkili Oruc Mirzəyevin daxili işlər orqanlarından kənarlaşdırılmasına, bölmə rəisinə isə şiddətli töhmət elan edilməsinə qərar verilib.

 

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə-otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətləri polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib.

 


Вернуться назад