Главная > Kriminal > İstanbulda İŞİD terrorçu qruplaşmasının üzvləri yaxalanıb

İstanbulda İŞİD terrorçu qruplaşmasının üzvləri yaxalanıb


14-06-2018, 18:18.

                     İstanbulda İŞİD terrorçu qruplaşmasının üzvləri yaxalanıb

 

      Türkiyənin təhlükəsizlik qüvvələrinin İstanbulda eyni vaxtda 14 ünvanda keçirdiyi antiterror əməliyyatı nəticəsində terror aktı törətmək hazırlığında olan 8 şübhəli şəxs saxlanılıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, həbs edilən şəxslər İŞİD terrorçu qruplaşmasının üzvləridir. Bildirilir ki, yaxalanan şəxslər terrorçu-kamikadze təlimi keçiblər. Dəstəyə daxil olduğu ehtimal edilən digər 3 nəfərin axtarışına başlanılıb.

 


Вернуться назад