Главная > Qarabağ > Terrorçu Monte Melkonyanı öldürən Asəf Mütəllimovun şəhadət günüdür-FOTO

Terrorçu Monte Melkonyanı öldürən Asəf Mütəllimovun şəhadət günüdür-FOTO


14-06-2018, 19:08.

           Terrorçu Monte Melkonyanı öldürən Asəf Mütəllimovun şəhadət günüdür-FOTO

Bu gün şəhid gizir Asəf Mütəllimovun şəhadət günüdür.
Uluyol.info xəbər verir ki, Asəf Mütəllimov 1966-cı il aprel ayını 2-də Neftçala rayonunda anadan olub. I Qarabağ müharibəsizamanı könüllü olaraq Milli Ordu sıralarına qoşulmuşdur. Ağdərə, Tərtər, Ağdam ətrafında gedən döyüşlərdə xüsusi rəşadət göstərmişdir.

PDM ekipajının mexaniki Asəf Mütəllimovvə iki Biləsuvarlı döyüşçü-şəhid Şaiq KəlbiyevvəAzaddin Musayev(sağdır) Mərzili kəndi uğrunda gedən döyüşlərdə əsl qəhramanlıq səlnaməsi yazmışdır. Belə ki, düşmənin 8 PDM-ni, 3 tankını ələ keçirib 30 canlı qüvvəsini məhv etmiş və"Abo" ləqəbli erməni terrorçusu Monte Melkonyanın maşınını atəşə tutaraq onu cəhənnəmə vasil etmişlər.

Asəf Mütəllimov 1993-cü il iyun ayının 14-də Ağdam rayonun Mərzili kəndində gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişdir.Məzareı Neftçala Şəhidlər Xiyabanındadır.

Neftçala rayonunun mərkəz küçələrindən biri məhz Asəf Mütəllimovun adını daşıyır.

 

Картинки по запросу Asəf MütəllimovКартинки по запросу Asəf Mütəllimov
Вернуться назад