Главная > Baş Xəbər > Elçibəy həftəsinə start verildi

Elçibəy həftəsinə start verildi


18-06-2018, 16:15.

                Elçibəy həftəsinə start verildi   

 

"Elçibəy 80” İctimai Təşkilat Komitəsinin təşəbbüsü ilə Elçibəy həftəsinə start verilib.

Musavat.com xəbər verir ki, bu barədə komitənin üzvü, zamanında Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov məlumat verib.

Q.Qasımovun bildirdiyinə görə, bu həftə Elçibəyə həsr olunmuş tədbirlərlə zəngin olacaq:"Yubileyə həsr edilmiş əsas tədbir 22 iyun saat 10.30-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçiriləcək. Dəvətlilərdən başqa, tədbirdə iştirakı arzu edən hər kəsə giriş sərbəstdir. Tədbirin vaxtı 3 saat nəzərdə tutulub”.

 


Вернуться назад