Главная > İdman > Neymar 1998-ci ildən bəri bir oyunda ən çox qayda pozuntusuna məruz qalan futbolçu olub

Neymar 1998-ci ildən bəri bir oyunda ən çox qayda pozuntusuna məruz qalan futbolçu olub


18-06-2018, 17:46.

                Neymar 1998-ci ildən bəri bir oyunda ən çox qayda pozuntusuna məruz qalan futbolçu olub

 

Dünya çempionatının qrup mərhələsində keçirilən Braziliya - İsveçrə qarşılaşması Braziliya millisinin futbolçusu Neymar üçün əlamətdar olub.

"Report"un məlumatına görə, 26 yaşlı hücumçu 1:1 hesabı ilə başa çatanqarşılaşmada 10 dəfə qayda pozuntusuna məruz qalıb.

O, 1998-ci il Fransada keçirilən dünya çempionatından bəri bir oyunda ən çox qayda pozuntusu edilən oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer 1998-ci dünya çempionatında Tunislə matçda 11 dəfə "foul"la üzləşib.

 


Вернуться назад