Главная > Araşdırma > Lider olmaq üçün 4 qayda

Lider olmaq üçün 4 qayda


18-06-2018, 16:51.

                      Lider olmaq üçün 4 qayda

 

Vəzifəniz nə olursa olsun, liderlik xüsusiyyətləriniz karyeranızda böyük əhəmiyyətə malikdir

 

Ağıllı şirkətlər və işçilər iş həyatında müvəffəqiyyətli ola bilmək üçün liderlik xüsusiyyətlərini inkişaf etdirməyin nə qədər əhəmiyyətli olduğunun fərqindədirlər.

 

Aşağıdakı tövsiyyələr karyeranızda liderlik xüsusiyyətlərinizi inkişaf etdirməkdə sizə kömək edəcək:

 

Həvəsli olduğunuzu göstərin: Edilən iş nə olursa olsun, o işə qarşı həvəsli olduğunuzu göstərin. Digər insanlar bunu gördükdə onlar da işlərində həvəsli olmağa başlayacaqlar.

 

Nikbinlik yaradın: İş yerində mənfilik dağıdıcı təsirlər yarada bilər. Məsələn, müdiriniz bir layihədə səhvi deyil, sizdən gələcək həll yolunu eşitmək istəyər.

 

Yeniliklərə açıq olun: Yeniliklərə qarşı olsanız, iş həyatınızda müvəffəqiyyətli ola bilməzsiniz. Məsələn, yeni bir proyektə könüllü olun.

 

Komanda işinə uyğun olun: İndiki vaxtda şirkətlər az vəsaitlə çox iş etmək məcburiyyətində qaldıqları üçün komanda işlərinə çox əhəmiyyət verməyə başlayıblar. Tək başına işləməkdə israr edib başqalarına nəzarət etsəniz, karyeranızda çətinliklərlə qarşılaşarsınız.

 

Liderin vəzifələri nələrdir?

 

Mümkün olduğunca çalışanlara səlahiyyətlər verin. Layihələri doğru insanlara verdiyinizdən əmin olun.

 

Özünüzü işinizə həsr etmək liderlik vəzifənizin ən əhəmiyyətli hissəsidir. 8 saat işləmək bir işə özünüzü həsr etdiyinizi göstərmir. İşinizə və özünüzü inkişaf etdirməyə bir gün içərisində minimum 12 saat ayırın.

 

Sizin xüsusiyyətlərinizi tamamlayan işçiləri işə qəbul edin. Sizə bənzəyən işçilər qəbul etdikdə, müvəffəqiyyətlərinizi məhdudlaşdırmış olarsınız. Bacarıqlarınızdan fərqli bacarıqlara sahib olan işçiləri işə qəbul etsəniz, hədəfinizə daha asan çatarsınız.

 

Bu işi edən yoldaşlarınızdan məsləhət alın. Bir proyektə ilk dəfə liderlik etdikdə, bu işdə müvəffəqiyyətli olan yoldaşlarınızdan necə müvəffəqiyyətli olduqlarını soruşun.

 

İşçilərinizin yanında olun. Onlara nə qədər güvəndiyinizi göstərin. (fins.az)

 


Вернуться назад