Главная > Siyasət > Kadırovdan ABŞ-a cavab: "Şimali Qafqazda təhlükə..."

Kadırovdan ABŞ-a cavab: "Şimali Qafqazda təhlükə..."


19-06-2018, 10:39.

             Kadırovdan ABŞ-a cavab: "Şimali Qafqazda təhlükə..."

 

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ Dövlət Departamentinin Rusiyada keçirilən DÇ ilə bağlı xəbərdarlığına münasibət bildirib.

Axar.az xəbər verir ki, Kadırov ABŞ-ın terrorla bağlı narahatlığının əsassız olduğunu deyib.

"Təşkil olunmuş turnirə dünyanın bir çox ölkəsindən azarkeşlər gəlir. Rusiya və Şimali Qafqaz ölkələri də onları ən yaxşı şəkildə qəbul edir. ABŞ-ın və Qərb mediasının bu çıxışı nifrət xarakteri daşıyır”, - Kadırov bildirib.

Qeyd edək ki, ABŞ Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatına getmək istəyən vətəndaşlarına terrorla bağlı xəbərdarlıq edib.

 


Вернуться назад