Главная > Baş Xəbər > BMT ABŞ-dan miqrant siyasətində təcili dəyişiklik edilməsini istəyib
BMT ABŞ-dan miqrant siyasətində təcili dəyişiklik edilməsini istəyib19-06-2018, 12:09. |
BMT ABŞ-dan miqrant siyasətində təcili dəyişiklik edilməsini istəyibBMT ABŞ-ın son 6 həftə ərzində sərhəddən keçən meksikalı miqrantların uşaqlarının onlardan məcburi alınması məsələsinə münasibət bildirib. Beynəlxalq təşkilat Birləşmiş Ştatlardan miqrant siyasətində təcili dəyişiklik edilməsini istəyib.AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, BMT Cenevrədə iyulun 6-dək davam edəcək iclasında bu məsələni müzakirəyə çıxaracaq. BMT-nin İnsan Haqları üzrə Baş Komissarı Zeyd Raad Əl Hüseyn iclasdakı çıxışı zamanı bildirib ki, uşaqlara qarşı tətbiq olunan bu hal yolverilməzdir. ABŞ tərəfindən ailələrindən məcburi alınan 2 min uşaq təcili olaraq valideynlərinə qaytarılmalıdır. Qeyd edək ki, Donald Trampın yeni qərarına görə, ABŞ-a qeyri-qanuni yollarla daxil olan miqrantların uşaqları onlardan məcburi alınaraq Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin sığınacaqlarına verilir.
Вернуться назад |