Главная > Siyasət > Şimali Koreya lideri yenidən Çinə səfərə gəlir

Şimali Koreya lideri yenidən Çinə səfərə gəlir


19-06-2018, 13:07.

              Şimali Koreya lideri yenidən Çinə səfərə gəlir

 

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In iyunun 19-20-də Çində səfərdə olacaq.

AZƏRTAC xəbər verir ki, bu KXDR liderinin cari ildə Çinə 3-cü səfəri olacaq. Hələlik səfərin detalları barədə məlumat verilməsə də, Çin və Şimali Koreya liderlərinin Koreya yarımadasındakı vəziyyəti, habelə Sinqapurda keçirilmiş Tramp-Kim görüşünün nəticələrini müzakirə edəcəyi güman olunur.

Qeyd edək ki, KXDR lideri Kim Çen In mart və may aylarında Çinə səfər edərək, ÇXR Sədri Si Cinpin ilə görüşüb.

 


Вернуться назад