Главная > Baş Xəbər > ABŞ BMT İnsan hüquqları üzrə Şuranı tərk edir - İsrailə görə
ABŞ BMT İnsan hüquqları üzrə Şuranı tərk edir - İsrailə görə20-06-2018, 09:41. |
ABŞ prezidenti Donald Tramp iqtidara gəlməzdən öncə verdiyi vədləri bir-bir yerinə yetirir.
Lakin onun fəaliyyəti ABŞ-ı ənənəvi dostları ilə düşmənə,
müdafiə etdiyi dəyərlərə qarşı çevriməkdədir.
Digər yandan, BMT İnsan hüquqları şurasının iyulun 2-də xüsusi sessiyaya toplanaraq Fələstin-İsrail münaqişəsini ələ alması gözlənilir.
Qeyd edək ki, İnsan Hüquqları Şurası BMT Baş Assambleyasının 15 mart 2006-cı il tarixli, 60/251 saylı qətnaməsi əsasında yaradılıb.
O, 1946-cı ildə qurulan İnsan hüquqları üzrə Komissiyanı əvəz edən köməkçi orqandır. Əvvəlki qurum diktaturanın hökm sürdüyü ölkələrin təmsil olunmasına görə öz avtoritetini tamamilə itirmişdi. Yeni təşkilatın nizamnaməsndə isə üzvlərdən insan hüquqları sahəsində öz ölkələrində müvafiq standartların təsis edilməsi tələb olunur. BMT İnsan hüquqları təşkilatının 47 üzvü var.
Təşkilat yarandığı ilk gündən İsraillə münaqişə halındadır. Təsadüfi deyil ki, qurumun ilk iclası məhz Fələstin-İsrail probleminə həsr olunub. İsrail dəfələrlə təşkilat tərəfindən məsələnin araşdırılması üçün təyin olunan və burada Fələstin əhalisinə qarşı törədilən vəhşiliklərlə bağlı məruzələr hazırlayan Con Dügard, Cozef Qoldstoun kimi ekspertləri və ümumiyyətlə bütün təşkilatı işə qərəzlə yanaşmaqda günahlandırıb və onların hazırladığı sənədləri, habelə qurumun verdiyi qərarları tanımayacağını bəyan edib.//musavat.com
Вернуться назад |