Главная > Baş Xəbər > 24 iyundan sonra Çavuşoğlunu kim əvəzləyəcək?

24 iyundan sonra Çavuşoğlunu kim əvəzləyəcək?


19-06-2018, 20:57.

              24 iyundan sonra Çavuşoğlunu kim əvəzləyəcək?

 

Diplomat olmaq uşaqlıq, liseydə oxuduğum illərin xəyalı idi. Çünki həmin vaxtlar erməni ASALA terror təşkilatının bir sıra türk diplomatını, diplomatlarımızı qətlə yetirdiyi zamanlar idi. Ona görə diplomat olmaq qərarını verdim və oldum da.

Oxu.Az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 iyun seçkilərindən sonra AKP-nin növbəti dəfə qalib gələcəyi təqdirdə, yenidən bu vəzifədə qalıb-qalmamaq istəyinə münasibətini açıqlayarkən bildirib.

O, bildirib ki, xarici işlər naziri vəzifəsində qalıb-qalmaması ölkə prezidentinin səlahiyyətində olan məsələdir.

Onun sözlərinə görə, 24 iyun seçkilərində də AKP-nin həm prezident, həm parlament seçkilərində qalib gələcəyi, Ərdoğanın iqtidarının davam edəcəyi gözlənilir: "Odur ki, bu məsələyə Rəcəb Tayyib Ərdoğan qərar verəcək. Bizim də hədəfimiz, məqsədimiz, çalışmalarımız odur ki, 24 iyun seçkilərində qalib gələk və Türkiyə naminə işlərimizi davam etdirək. Bunun üçün də "yoruldum" deməyə haqqımız yoxdur. Daha çox işləməliyik. Şəxsən mən özüm də daha çox işləməyə, seçkilərlə bağlı fəaliyyətimi gücləndirməyə çalışıram. Yorulmamışam, əksinə, daha da ruhlanmışam".

 


Вернуться назад