Главная > Ümumi > Qırğızıstanın keçmiş baş naziri həbs olunub

Qırğızıstanın keçmiş baş naziri həbs olunub


21-06-2018, 09:35.

                   Qırğızıstanın keçmiş baş naziri həbs olunub

 

Qırğızıstan məhkəməsi Bişkek istilik elektrik stansiyasının (İES) müasirləşdirilməsində yol verilən korrupsiya halları ilə əlaqədar keçmiş baş nazir Jantoro Satıbaldiyev barəsində həbs qətimkan tədbiri seçib.

Oxu.Az xəbər verir ki, bu haqda ölkənin Milli təhlükəsizlik üzrə dövlət komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bişkek İES-də yanvar ayında baş vermiş qəzadan sonra, Qırğızıstanda strateji obyektin modernizasiyası ilə bağlı böyük qalmaqal meydana gəlib.

Çin hökumətinin ayırdığı kredit hesabına aparılan müasirləşdirmə ümumilikdə 386 milyon dollara başa gəlib.

İES-in modernizasiyası ilə bağlı sənədlər imzalanan zamanı hökumətin başında məhz Satıbaldiyev olub və əksər sənədlərdə onun imzası gedib.

Qeyd edək ki, müasirləşdirilmiş qazanlar ötən ilin sentyabr ayında istismara verilmişdi.

 


Вернуться назад