Главная > Cəmiyyət > Elçibəy – 80: Müsavatda yubiley tədbiri keçirildi – Video

Elçibəy – 80: Müsavatda yubiley tədbiri keçirildi – Video


20-06-2018, 23:28.

            Elçibəy – 80: Müsavatda yubiley tədbiri keçirildi – Video

 

 

"Heydər Əliyevin Müsavatın başqanı olmasının qarşısını Elçibəy aldı”

Bu gün Müsavat Partiyasının qərargahında milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anadan olmasının 80 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Elçibəyin xatirəsi sayğı dürüşu ilə yad edilib.

Daha sonra Müsavat Partiyasının başqanı, keçmiş dövlət müşaviri Arif Hacılı, MSDM-in sədri, Milli Məclisin keçmiş sədri İsa Qəmbər, Müsavat Məclisinin sədri, Elçibəyin keçmiş müşaviri Nüşabə Sadıxlı, keçmiş baş nazir Pənah Hüseyn, keçmiş daxili işlər naziri İsgəndər Həmidov, Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov, yazıçı Mehriban Vəzir, MSDM-in üzvü Vaqif Hacıbəyli, bayraqdar Yaşar Türkazər və digərləri çıxış ediblər.

Çıxışlarda Elçibəyin xalq qarşısında xidmətləri, mili azadlıq hərəkatının qələbəsində rolu, milli hökumət dövründə buraxılan səhvlər, bu irsin təbliğ edilməsinin və gənc nəsillərə ötürülməsinin vacibliyi qeyd edilib.

Bildirilib ki, Elçibəy həmçinin metropoliyanın xidmətində olan keçmiş partnamenklaturanın milli dəyərlərimizi ələ keçirməsinin qarşısını almaq üçün prinsipial mövqe sərgiləyib, o cümlədən Heydər Əliyevin Müsavat Partiyasının başqanı seçilməsinin qarşısını alıb.

Tədbir Azərbaycan himninin oxunması ilə başa çatıb.

Yubiley tədbiri Müsavat Partiyasının feysbuk səhifəsində canlı olaraq yayımlanıb:

 

 

 (bastainfo.com)


Вернуться назад