Главная > Ümumi > 300 min avro tapdılar, evsizlərə payladılar

300 min avro tapdılar, evsizlərə payladılar


21-06-2018, 12:42.

                 300 min avro tapdılar, evsizlərə payladılar

 

Belçikalı cütlük tapdıqları 300 min avronu kasıblara paylayıb.

Belçikada boş evə girən Coy və Kimberli cütlüyü tikiş maşınının altındakı çantadan 300 min avro pul tapıb. Evləri olmayan və boş tikililərə girərək yaşayan ikili məbləği özləri kimi evsiz tanışlarına paylayıb. 32 yaşlı Coy və 33 yaşlı Kimberli evin sahibi olan qadının öldüyünü və buranı soymaq üçün tikiliyə girdiklərini etiraf edib.

Ölən qadının oğlu cütlükdən 40 min avro mənəvi təzminat tələb edir.
Cütlük isə 18 ay müddətinə azadlıqdan məhrum edilib.


Вернуться назад