Главная > Mövqe > Mogerini: "Avropa İttifaqı Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir"

Mogerini: "Avropa İttifaqı Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir"


21-06-2018, 14:29.

             Mogerini:"Avropa İttifaqı Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir"

 

"Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir".

APA-nın məlumatına görə, bu sözləri Avropa ittifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Brüsseldə Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyanla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini müzakirə ediblər: "Bütün qətiyyətimizlə prosesləri töhfə verməyə davam edəcəyik”.

 


Вернуться назад