Главная > Ümumi > Binəli Yıldırım: "Kandildəki antiterror əməliyyatı ilə bağlı İranla aramızda heç bir problem yoxdur"

Binəli Yıldırım: "Kandildəki antiterror əməliyyatı ilə bağlı İranla aramızda heç bir problem yoxdur"


21-06-2018, 13:31.

           Binəli Yıldırım: "Kandildəki antiterror əməliyyatı ilə bağlı İranla aramızda heç bir problem yoxdur"

 

"Kandildəki antiterror əməliyyatı ilə bağlı İranla aramızda heç bir problem yoxdur”.

"Report” "Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Kandildəki antiterror əməliyyatından danışarkən bildirib.

"İraqın şimalında 11 müvəqqəti hərbi bazamız var. 400 kv. km ərazini terrorçulardan təmizləmişik. Bu istiqamətdə hərbçilərimiz əməliyyatı davam etdirirlər. Zaman-zaman havadan onların mövqelərini bombalayırıq. Terrorçular onda İran tərəfə, oradan sıxışdırılanda isə İraqa keçirilər. "Fərat qalxanı”, "Zeytun budağı” əməliyyatları nəticəsində Cerablus, Azez, Afrini terrorçulardan təmizlədik. İraqın şimalında buna oxşarını edirik. Əslində, İraqın şimalında antiterror əməliyyatına çoxdan başlamışıq. İranla bu məsələdə heç bir problemimiz yoxdur”, - baş nazir vurğulayıb.

 


Вернуться назад