Главная > Ümumi > Somali iranlı 17 dənizçini azad edib

Somali iranlı 17 dənizçini azad edib


21-06-2018, 17:35.

                  Somali iranlı 17 dənizçini azad edib

 

Somali 17 iranlı dənizçini azad edib.

APA-nın Tehran bürosunun məlumatına görə, 9 ay öncə Somali sularına qanunsuz daxil olduqları üçün həbs olunan 17 iranlı dənizçi bu gün sərbəst buraxılıb və Tehrana qayıdıb.

Dənizçilər yerli məhkəmə tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilib və cərimələniblər.

Qeyd edək ki, dənizçilər həbs olunarkən Somali hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı insident baş vermişdi. Həmin vaxt gəminin kapitanı həlak olub.

 


Вернуться назад