Главная > Baş Xəbər > Ukrayna Rusiyanın 7 partiyasına qadağa qoydu

Ukrayna Rusiyanın 7 partiyasına qadağa qoydu


22-06-2018, 13:07.

            Ukrayna Rusiyanın 7 partiyasına qadağa qoydu

 

Ukrayna Rusiyanın yeddi partiyasına qarşı sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidenti Pyotr Pororşenkonun rəsmi saytında yer alıb. Kiyevin sanksiya tətbiq etdiyi partiyalar sırasında Vahid Rusiya Partiyası, Liberal Demokrat Partiyası, Vətən Partiyası, Rusiya Demokratik Partiyası, Aqrar Partiyası, Kommunist Partiyası və Rusiya Vətənpərvərləri Partiyası yer alıb.

Sanksiyalara əsasən bu partiyaların Ukraynadakı aktivləri dondurulub, onların hansısa maliyyə əməliyyatları həyata keçirmələri qadağan edilib.

 


Вернуться назад