Главная > Hadisə > Kürdə boğulan 16 yaşlı gəncin meyiti sudan çıxarılıb

Kürdə boğulan 16 yaşlı gəncin meyiti sudan çıxarılıb


22-06-2018, 14:00.

               Kürdə boğulan 16 yaşlı gəncin meyiti sudan çıxarılıb

 

Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.

Bu barədə"Report"a FHN-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə,C.Əlilinin cəsədi FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



Вернуться назад