Главная > Səhiyyə > Evinizdə uşaq və kondisioner varsa...bu yazını oxuyun

Evinizdə uşaq və kondisioner varsa...bu yazını oxuyun


30-06-2018, 15:12.

                  Evinizdə uşaq və kondisioner varsa...bu yazını oxuyun

 

Qızmar istidə uşaqları kondisionerdən necə qorumalı?

Qızmar yay günlərində kondisionersiz ötüşmək mümkünsüzdür. Kondisioner sərinlik gətirmə baxımından komfort yaratsa da ziyanlı tərəfləri də var.

Musavat.com xəbər verir ki, pediatr Vaqif Qarayev uşaqları kondisionerdən qorumanın yolları barədə danışıb. Pediatr azyaşlıların kondisionerin fəsadlarından qorunması üçün aşağıdakı çıxış yollarını göstərib: "

1. Kondisioner filtrləri müxtəlif xəstəlik törədicilərini özündə saxlayır...Ona görə uşaqlarda adi soyuqdəymədən tutmuş xüsusi gedişatı ilə fərqlənən pnevmoniyaya(sətəlcəm) qədər problemlər yaradır...Filtrlər vaxtaşırı təmizlənməlidi!

 

2.Havanı qurutduğuna görə müxtəlif nəmləndiricilərdən istifadə etmək lazımdı...ya da pəncərələri tez-tez açıb ventilyasiya yaratmaq zəruridir..

3. Bayırda 40 dərəcə istilik varsa evdə birdən birə temperaturu 18 dərəcəyə salmaq olmaz..Uşaq orqanizmi kəskin temperatur dəyişikliyinə dözmür...tədricən evdə 22-24 dərəcə tənzimlənsə yaxşıdı..

4.Soyuq hava kütlələri birbaşa uşağın çarpayısına və ya bədəninə vurmamalıdı! Xüsusilə südəmər uşaqlarda son dərəcə ehtiyatlı olmaq lazımdı..

5.Uşaqların yataq otağında kondisioner olmasa yaxşıdı!

6.İctimai yerlərdə, marketlərdə, nəqliyyatda uşaqlar uzun müddət kondisioner altında dayanmamalıdı!"

 


Вернуться назад