Главная > Siyasət > Merkel bəzi Avropa İttifaqı ölkələri ilə qaçqınlarla bağlı razılıq əldə edib

Merkel bəzi Avropa İttifaqı ölkələri ilə qaçqınlarla bağlı razılıq əldə edib


30-06-2018, 21:35.

           Merkel bəzi Avropa İttifaqı ölkələri ilə qaçqınlarla bağlı razılıq əldə edib

 

On dörd Avropa İttifaqı ölkəsi Almaniya kansleri Angela Merkelin narahat bavariyalı müttəfiqlərini sakitləşdirmək səylərinin bir hissəsi olaraq, daha öncə başqa yerdə qeydiyyatdan keçmiş qaçqınları geri alacaqlarına dair Almaniya ilə razılıq imzalamağa hazır olduğunu bildirib.

Merkel koalisiya tərəfaşlarına göndərdiyi sənəddə 14 ölkənin adını çəkib. Onlar arasında onun açıq-qapı qaçqın siyasətinə açıq şəkildə etiraz etdiyi ölkələr də daxildir ki, onlar miqrantları geri almağa razılaşıb.

Avropa İttifaqının Dublin konvensiyasına əsasən, qaçqınlar sığınacağa ilk ayaq basdıqları Aİ ölkəsində müraciət etməlidir.

Bavariyanın Xristian Sosial İttifaqının lideri daxili işlər naziri Horst Sihofer bu həftə Brüsseldə keçirilən sammitdən öncə Almaniyanın sərhədlərini bəzi qaçqın və miqrantlara bağlayacağına dair Merkelə xəbərdarlıq edib. Bu isə Merkelin hökümətinin çökməsinə səbəb ola bilər.

Avropa İttifaqı liderləri sammitdə qaçqınları könüllü şəkildə ölkələri arasında bölüşdürmək və sığınacaq müraciətlərinin nəzərdən keçiriləcəyi "nəzarət mərkəzləri” təsis etməyə razılaşıb.

Reuters-in ələ keçirdiyi sənədə əsasən, ikitərəfli razılıqlar başqa yerlərdə qedydiyyatdan keçmiş qaçqınların deportasiya prosesini daha effektiv edəcək.

Bu cür razılığı imzalamağa açıq olduğunu deyən ölkələr arasında Macarıstan, Polşa, Çex Respublikası kimi qaçqınların qitə boyu paylaşdırılmasının əleyhinə olan ölkələr var.

Digər adı çəkilən ölkələr Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Litva, Latviya, Lüksemburq, Niderland, Portuqaliya və İsveçdir. Avstriya isə siyahıda yoxdur ("Amerikanın səsi").

 


Вернуться назад