Главная > Ümumi > İranda xalq küçələrə axışdı: "Səriştəsiz rəhbərlər istəmirik"

İranda xalq küçələrə axışdı: "Səriştəsiz rəhbərlər istəmirik"


30-06-2018, 17:11.

            İranda xalq küçələrə axışdı: "Səriştəsiz rəhbərlər istəmirik"

İranda cənub-qərbində yerləşən şəhərlərdə suyun tez-tez kəsilməsi səbəbindən insanlar etiraz aksiyası keçiriblər.

 

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Xuzistanın Xürrəmşəhr Böyük Məscidinin qarşısına toplaşan əhali içməli suyun tozlu olmasına və sulatın tez-tez kəsilməsinə görə etiraz ediblər.

 

Tempraturun 50 dərəcədən yüksək olması səbəbindən çətin günlər keçirən iranlılar hökuməti səriştəsizlikdə ittiham ediblər.

 

Akiyada, "Səriştəsiz rəhbərlər istəmirik", "Oğrular din adından istifadə edərək bizi soydular", - şüarlar səsləndirilib.

 

Xuzistanda içməli su çirkli olduğundan əhali suyu pulla alır.

 

Qeyd edək ki, Xuzistanın Abadan şəhərində də ötən həftə buna bənzər aksiya keçirilmişdi. Neft yataqları ilə zəngin olan şəhərin sakinləri aksiyada, "ABŞ-ın düşmən olduğunu söyləyirlər. Yalandı, bizim düşmənimiz elə burdadır. Bizim sərvətimizlə bi ölkə dolanır, amma necə olr ki, bizim suyumuz yoxdur", - şüarlarını səsləndiriblər.

 


Вернуться назад