Главная > Mövqe > Energetik: Bu hadisə texniki qəza deyil

Energetik: Bu hadisə texniki qəza deyil


4-07-2018, 09:09.

                  Energetik: Bu hadisə texniki qəza deyil

 

"Elə şey ola bilməz ki, 3 relenin heç biri işləməsin”

 

"Hesab edirəm ki, bütün ölkədə elektrikin kəsilməsinə səbəb olan hadisə texniki qəza deyil. Hansısa təxribat da ola bilər”.

 

Bu sözləri Meydan TV-yə adının açıqlanmasını istəməyən energetik deyib. Rəsmi açıqlamalara inanmayan mütəxəssis dediklərini belə əsaslandırır:

 

"Rəsmi açıqlamada deyilir ki, guya ifrat yüklənmədən olub, transformatorun soyutma sistemində nasazlıq yaranıb, ona görədir. Deyilənlərə ancaq bu sahədən anlayışı olmayanlar inana bilər. İstənilən energetiklə maraqlanın, görün bu mümkündürmü? Qış rejimində ondan da çox yükləmə olur. Bir piltə neçə sərinkeşi əvəz edir. İfrat yüklənmədən qorunmaq üçün böyük transformatorların hamısında qoruma relesi var. O, özü avtomatik aralayır. Aralama olmayanda möhkəm səs verir. O zaman növbətçi elektrik gəlib onu aralayır. Transformator siqnal veribsə, növbətçi hara baxıb? Səs gəlməyibsə, deməli, oranın rəisi cari təmir aparmayıb. Bu versiya yalandı. Əgər soyutma sistemi xarab olubsa, onda termo-rele niyə işə düşməyib? Qızan kimi termo-rele işə düşür və həyəcan siqnalı verir. O da ya özü aralayır, ya da növbətçi gedib aralayır. Üçüncüsü, orada qaz relesi var. Transformator qızanda ondan qaz ayrılır. Bu zaman qaz relesi avtomatik bütün şəbəkəni ayırır. Çünki ora qaz yığılıb, balon kimi partlaya bilər. Elə şey ola bilməz ki, 3 relenin heç biri işləməsin”.

 

İyulun 2-dən 3-nə keçən gecə Azərbaycanda elektrik enerjisinin verilməsi dayandırılıb.

 

Rəsmi açıqlamaya görə, anomal isti hava şəraiyi ilə əlaqədar yüklənmə 40 faiz artıb. Nəticədə əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

 


Вернуться назад