Главная > Region > Kürdə batan şəxsin meyiti sudan çıxarılıb

Kürdə batan şəxsin meyiti sudan çıxarılıb


4-07-2018, 11:43.

                Kürdə batan şəxsin meyiti sudan çıxarılıb

 

Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, E.İsgəndərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 


Вернуться назад