Главная > Ümumi > Çinli milyarder şəkil çəkdirərkən öldü

Çinli milyarder şəkil çəkdirərkən öldü


4-07-2018, 16:58.

               Çinli milyarder şəkil çəkdirərkən öldü

Çinin nəhəng şirkətlər qrupu "NHA Group"un yaradıcısıVo Çianbədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Qaynarinfo Bloomberg-ə istinadən xəbər verir ki, Fransada iş səyahətində olan 57 yaşlı biznesmen şəkil çəkmək istəyərsən 10 metr yüksəklikdən yıxılıb. Ağır yaralanan Çianın həyatını xilas etmək mümkün olmayıb. Onun ölümü barədə əlavə məlumat verilmir.

Qeyd edək ki, 2000-ci ildə yaradılan "HNA Group"a aviasiya, turizm, iqtisadiyyat, daşınmaz əmlak və s. sahələr üzrə fəaliyyət göstərən şirkətlər daxildir. İllik gəliri 50 milyard dollardan çox olan qrup dünyanın ən nəhəng şirkətlərinin yer aldığı "Fortune 500" siyahısında 170-ci yerdədir.


Вернуться назад